800-ə yaxın amerikalı desant Rusiya sərhədi yaxınlığında - Estoniyada yerləşdirilib.
Milli.Az delfi agentliyinə istinadən xəbər verir ki, onlar Swift Response təlimlərində iştirak etmək üçün bu ölkədədir.
Təlimlər çərçivəsində xüsusi təyinatlılar Estoniya səması üzərindən yerə eniblər. 82-ci hava-desant diviziyasının əsgərləri real döyüş əməliyyatına yaxın təlimlər keçiriblər.
Kamran Seyidov
Milli.Az