Maraqlı

Kinolara çəkilir, amma insan deyil - FOTO

26 Oktyabr 2025 21:44
Baxış: 681
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Süni intellekt əsasında yaradılmış "aktyor" Tilly Norwood Hollivudda müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, Britaniya mənşəli "Particle6" şirkətinin AI şöbəsi "Xicoia" tərəfindən yaradılan Tilli Norvud 2025-ci ildə süni intellekt əsasında hazırlanmış ilk "aktrisa"lardan biridir.

Onun ekran debutu 2025-ci ilin iyul ayında yayımlanan "AI Commissioner" komediya skeçində baş verib. Layihə ChatGPT və digər süni intellekt alətləri vasitəsilə hazırlanıb. Tənqidçilər skeçi "texniki cəhətdən bacarıqlı, lakin izləmək üçün yorucu" kimi qiymətləndiriblər.

Qeyd edək ki, onun "Instagram" hesabı (@tillynorwood) 2025-ci ilin may ayında yaradılıb və orada AI tərəfindən modelləşdirilmiş şəkillər, selfilər və film səhnələri paylaşılır. Hazırda hesabda 50 mindən çox izləyici var.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.