Bu gün İspaniya La Liqasında mövsümün ən gözlənilən qarşılaşmalarından biri, "El Klassiko", baş tutub.
Milli.Az xəbər verir ki, "Real Madrid" ev oyununda "Barselona"nı qəbul edib.
"Santyaqo Bernabeu" stadionunda saat 19:15-də start götürən görüş gərgin mübarizə şəraitində keçib. Sonda sevinən tərəf ev sahibləri olub.
Matçın diqqət çəkən oyunçusu Cud Bellinqem olub; o, 1 qol və 1 assistlə "Real"ın 2:1 hesablı qələbəsində böyük rol oynayıb.
Qolların siyahısı:
K. Mbappe, 22-ci dəqiqə
F. Lopez, 38-ci dəqiqə
C. Bellinqem, 43-cü dəqiqə
Bu nəticə ilə "Real Madrid" La Liqada vacib xallar qazanıb.
Milli.Az





