Rusiya

Erməni mafiyası Rostov vilayətini ələ keçirmək istəyir - Rusiya mətbuatı həyəcan təbili çalır

21 Yanvar 2021 12:07
Baxış: 2 266
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rostov vilayətində qubernator Vasili Qolubev və şəhərin başçısı Aleksey Loqvinenko arasında erməni diasporu nümayəndələri tərəfindən firavanlıq və təsir imkanlarını artırmaq üçün tətbiq olunan münasibətlər yenidən sərtləşir. Yerli KİV-lərə görə, keçən il Qolubev Logvinenkoya qarşı şıxmaq istəyib, lakin vəziyyəti sakitləşdiriblər. Bu dəfə işlər başqa cür bitə bilər. Fakt budur ki, bütün rəhbərliyin və Loqvinenkonun hərəkətləri qubernatorun onsuz da zəif mövqelərini ciddi şəkildə korlayır, imicinə xələl gətirir. Qolubev ayrıca komandasının köməyi ilə rəhbərliyin yaratdığı problemləri həll etməli və ya bunlardan bəzilərinə qoşulmalıdır.

Milli.Az Politvesti.ru-ya istinadən xəbər verir ki, açıq-aşkar bu, bölgə rəhbərini qane etmir və yaxın gələcəkdə hər hansı bir qərar verilməsini gözləmək lazımdır.

Qeyd etmək lazımdır ki, Qolubev özü bölgədəki erməni diasporunun hamisi olmaqla, etnik klan biznesinin çiçəklənməsi üçün geniş qapılar açıb. İndi güclənmiş erməni diasporası bölgənin qaynaqlarını ələ keçirmək üçün qubernatorun sarsılmış imicinə zərbə vurmağa çalışır.

Xatırladaq ki, keçən ilin dekabr ayının əvvəlində Qolubev Rostov meri Loqvinenkonu Rostovu "90-cı illərdən bazar"a çevirməkdə günahlandırmışdı. Erməni mafiyasının qoruyucusu olan Loqvinenko, demək olar ki, bütün şəhəri havadarlarına satdı.

Bəzi ərazilərdə Rostovda qanunsuz ticarət "idarəolunmaz miqyas"a çatıb. Milyondan artıq əhalisi olan bir şəhərdə yağışda və qarda açıq havada ticarət etmək normal sayıldığından qubernatoru dəhşətə gətirdi.

Xatırladaq ki, ermənilərinin sıx məskunlaşdığı Pervomaiski rayonunun keçmiş administrasiya rəhbəri Artur Qrigoryan iyul ayında qanunsuz ticarət obyektlərinə görə saxlanılmışdı.

Şübhəsiz ki, bu mərhələdə erməni diasporası Qolubevin Kremldəki imicini şübhə altına alacağını gözləyir. 2020-ci il üçün qubernatorların son sıralamasında, Rostov vilayətinin başçısı Vasiliy Qolubev ilk 50-yə girmədən yalnız 54-cü yeri tutdu. Bir sıra telegram kanallarına görə, Moskva bölgədəki sosial-iqtisadi vəziyyətdən narazıdır və görünür ki, Qolubev nəzarət etdikləri bölgənin təhlükəsizlik strukturlarına güvənərək özünü rahat hiss edən erməni biznesinə nəzarət edə bilmir.

Federal mütəxəssislər Rostov vilayətinin başçısına ciddi bir federal hücumdan danışırlar.

Rostov bölgəsi müasir Rusiyanın ən resurslu və diqqət çəkən bölgələrindən biridir, bu səbəbdən bölgə üzərində nəzarət uğrunda mübarizənin yalnız siyasi deyil, həm də maliyyə və sənaye qurumları arasında gedəcəyini düşünmək olar.  Yerli ekspertlərin yazdığına görə, Rostov bölgəsindəki erməni diasporunun dəstəklədiyi təhlükəsizlik qüvvələri və anonim Telegram kanallarının istifadəsi ilə şiddətli aparat-siyasi müharibə aparılır. Qolubev əleyhdarlarının səyləri onu təcrid etməyə və Kremlin daxili siyasi bloku qarşısında nüfuzdan salmağa yönəlib. Qubernatora təsir etmək üçün həbs olunan əməkdaşlardan və məlumatlı digər vəzifəli şəxslərdən istifadə olunur, onlardan dəlil axtarılır.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.