Rusiya prezidenti Vladimir Putinin Valdaydakı iqamətgahının təhlükəsizlik tədbirləri gücləndirilib.
Milli.Az Rusiya mediasına istinadla xəbər verir ki, əvvəllər ərazidə yeddi hava hücumundan müdafiə sistemi mövcud idisə, indi bu say 12 Pantsir-S1 zenit-raket kompleksinə çatdırılıb. Bundan əlavə, ərazidə ən azı bir S-400 zenit-raket kompleksinin mövqeyi müəyyən edilib.
Tədqiqatçılar Putinin ailəsi - o cümlədən Alina Kabayeva və övladlarının tez-tez vaxt keçirdiyi Valday iqamətgahının hava hücumlarından maksimum qorunması üçün qurulan bu müdafiə qüllələrini, II Dünya Müharibəsində Almaniyanın istifadə etdiyi Flaktürm tipli qurğulara bənzədiblər.
Yeni peyk görüntüləri hava limanının cənubunda və iqamətgah ətrafında mövqeləndirilmiş zenit sistemlərini açıq şəkildə göstərir.
Fidan
Milli.Az