Rusiya

Azərbaycanlı sahibkarları "çimdikləyə" bilərik - Rus general

11 Avqust 2025 20:00
Baxış: 579
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Kreml təbliğatçılarının Bakıya qarşı müharibə təhdidləri sırasına daha biri əlavə olunub. Bu dəfə oxşar təhdid Rusiya Dövlət Dumasından gəlib.

Milli.az Bakupost.az-a istinadən xəbər verir ki, deputat-general Andrey Qurulev Rusiyanın Azərbaycan mallarının idxalına qadağan qoya biləcəyini deyib.

O, eyni zamanda qeyd edib ki, Moskva bu ölkədəki azərbaycanlı sahibkarları "çimdikləyə" bilər.

"Xüsusi hərbi əməliyyat anlayışı genişdir və Rusiyanın bütün sərhədləri boyunca tətbiq oluna bilər", - o əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Azərbaycanla bağlı təhdidlər Kreml təbliğatçıları Vladimir Sоlovyov və Yuri Podolyak tərəfindən səsləndirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.