Rusiya

Rusiyada həbsdə olan general döyüşə göndərildi

3 Avqust 2025 21:00
Baxış: 723
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rosqvardiyanın Mərkəzi Dairə komandanının həbsdə olan keçmiş müavini Vadim Draqomiretski Ukraynada döyüşür.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, general vəkili vasitəsilə hələ məhkəmə hökmündən əvvəl döyüş bölgəsində xidmət etmək üçün vəsatət qaldırmışdı. Bildirilib ki, vəsatət təmin olunub və o, hazırda döyüş zonasında hərbi əməliyyatlarda iştirak edir.

Qeyd edək ki, ötən il rüşvət ittihamı ilə saxlanılan Vadim Draqomiretski 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.