Rusiya

Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı

12 İyul 2025 10:14
Baxış: 1 262
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yekaterinburqun Koltsovo hava limanında Azərbaycana bəyan olunmamış dərman preparatları keçirməyə cəhd edən iki azərbaycanlı saxlanılıb.

Milli.Az xəbər verir ki, regional gömrük mətbuat xidmətinin məlumatına görə, yoxlama zamanı sərnişinlərin üzərindən 200-ə yaxın ampula natrium tiosulfat aşkarlanıb. Onlardan biri izahatında bildirib ki, dərmanları Azərbaycana göndərmək üçün dostundan alıb. Digəri isə həmin dərman preparatlarını onun xahişi ilə tanımadığı bir şəxsdən götürdüyünü deyib.

Onlar bu cür yüklərin rəsmi qeydiyyata alınmasının vacibliyindən xəbərsiz olduqlarını iddia ediblər.

Hazırda onların barəsində inzibati tədbirlərin görüləcəyi və cərimələnəcəkləri gözlənilir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.