Rusiya

Rusiyada general saxlanıldı

23 Aprel 2025 00:17
Baxış: 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Moskvada müstəntiqlər Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi Departamentinin rəisi, general-mayor Mixail Varentsovu xüsusilə külli miqdarda dələduzluqla bağlı cinayət işi çərçivəsində saxlayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bir ay əvvəl bu işlə bağlı Rusiya Milli Qvardiyasının əsas informasiya texnologiyaları mərkəzinin rəhbəri Nikolay Çepkasov da həbs edilib.

Hər iki təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsində (xüsusilə külli miqdarda dələduzluq) nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur. Çepkasov və Varentsovu 10 ilə qədər həbs gözləyir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.