Rusiya

Moskvaya PUA hücumu: Üç dron VURULDU

14 Mart 2025 10:05
Baxış: 529
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva vilayətində üç PUA vurulub.

Milli.Az rus mediasına istinadla xəbər verir ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov səhər saatlarında hava hücumundan müdafiə qüvvələrinin pilotsuz uçuş aparatlarının (PUA) hücumunu dəf etdiyini bildirib. Balaşixa üzərində iki pilotsuz təyyarə vurulub. Onlardan birinin qalıqları Demin Luq küçəsindəki İzmailovo mikrorayonunda tikinti sahəsinə, digəri isə Svobody küçəsindəki Jeleznodorojni mikrorayonunun ərazisinə düşüb.

Üçüncü PUA Leninski rayonundakı Yujnaya Bitsa mikrorayonunda məhv edilib. Onun qalıqları heç kimin yaşamadığı, tikilməkdə olan çoxmərtəbəli binanın üzərinə düşüb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən yoxdur. 

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.