Lavrov yola salınır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu il 75 yaşı tamam olacaq nazirin yerinə iddialar kimlərdir?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu il vəzifəsindən azad edilə bilər.
Milli.Az bildirir ki, bu barədə Rusiya nəşri yazıb. Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin Lavrovu istefaya göndərmək istəyir.
2004-cü ildən Xarici İşlər Nazirliyinə rəhbərlik edən Sergey Lavrovun mümkün istefası ilə bağlı son illər çox yazılıb. Kreml isə ənənəvi olaraq bu cür iddialara "şayiə kimi baxmağı" tövsiyə edib. Bundan əvvəl Telegram kanallarının birində iddia olunurdu ki, Lavrovun yerini müavini Mixail Qaluzin və nazir müavini Andrey Rudenkonun namizədlikləri müzakirə olunur. İstefasından sonra Lavrovun təqaüdə deyil məsələn, Rusiya Təhlükəsizlik Şurasında fəxri vəzifə tutaca biləcəyi də deyilirdi. Xarici İşlər Nazirliyinə "prezident administrasiyasından bir şəxs"in rəhbərlik edə biləcəyi də istisna olunmurdu. Prezident Vladimir Putin 2021-ci ildə adı Vahid Rusiya Partiyasını siyahısında ilk beşlikdə olan və deputat seçilən Lavrovun Dumaya getməsinə imkan vermədi, onu XİN rəhbəri saxladı.
Lavrov son olaraq Doha Forumunda bu məsələ barədə danışıb. O deyib ki, 2024-cü ildə nazir kimi işləməsinin 20 ili tamam olub. "Ölkəmin mənə ehtiyacı olduğu müddətcə mən ona xidmət edəcəm" Lavrov deyib.
"Əgər Lavrov dəyişdirilərsə, bu, siyasi yox, belə demək mümkünsə, texniki qərar olacaq. Yəni Rusiya Xarici İşlər Nazirliyinin siyasəti heç bir şəkildə dəyişməyəcək, sadəcə olaraq, başqa texnokratlar tərəfindən həyata keçiriləcək. Ona görə də əvəzləyicinin kim olduğunu təxmin etməyin mənası yoxdur - o, kim olursa olsun, mahiyyət etibarilə eyni Sergey Lavrov olacaq. Düzdür, təcrübəni müqayisə etsək, Lavrovla müqayisə oluna bilən rəqib görmürəm, amma təcrübə əldə edilə bilən bir şeydir".
Bu ilin Novruz bayramında 75 yaşı tamam olacaq Sergey Lavrov 1950-ci il martın 21-də Tiflisdə ermənilərin sıx məskunlaşdığı Avlabari rayonunda doğulub. Onun uşaqlığı isə rayonun Ararat küçəsində keçib. Atasının Tiflis ermənisi olduğu və əsl soyadının Kələntərov (Kələntəryan) olduğu da məlumdur.
Lavrovun erməni babası uzun illər Tiflis Dumasının deputatı olub. İ Ailə daxilində rus dilindən geniş istifadə olunduğu üçün Lavrov erməni dilini öyrənə bilməyib. Qeyd etmək lazımdır ki, Lavrovun rus milliyyətindən olan anası o dövrlərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb.
Sergey Kələntərovun Sergey Lavrova çevrilməsi isə belə olub. Sergey Lavrov adı gizli saxlanılan erməni atasını erkən yaşda itirib. Tezliklə, onun anası Viktor Lavrovla tanış olur və ailə həyatı qurub. Vikor Lavrov 5 yaşlı öğey övladına öz soyadını verir və beləliklə Rusiyanın gələcək 1 nömrəli diplomatı Kələntərov soyadını Lavrovla əvəz edib.
Onlar tezliklə Moskvaya vilayətinə köçürlər. Vilayətin Noginsk şəhərində ingilis dili təmayüllü orta məktəbi bitirən Sergey Lavrov 1967-ci ildə Moskva Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. İnstitutu bitirən Lavrov 1972-1976-cı illərdə SSRİ-nin Şri-Lankadakı səfirliyində çalışıb. 80-ci illərdə isə SSRİ-nin Nyu-Yorkda yerləşən daimi nümayəndəliyində işləyir. Sovet İttifaqının süqutundan sonra Lavrov Rusiya Xarici İşlər Nazirliyində müxtəlif postlarda çalışıb. 1994-cü ildə isə Boris Yeltsin tərəfindən Rusiyanın BMT-dəki və Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi təyin olunub və bu postda 10 il çalışıb. 2004-cü il fevralın 24-də Vladimir Putin Nazirlər Kabinetini istefaya göndərir. Martın 9-da isə prezident yeni Nazirlər Kabinetinin tərkibini təsdiqləyib. Sergey Lavrov Rusiya xarici işlər naziri təyin olunub. /Musavat.com
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rusiyalı qadın azərbaycanlı qızı kilsənin önündə şəkil çəkdirdiyi üçün qınadı - (Video)
-
Rusiyada güclü zəlzələ oldu
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
-
Rusiyada güclü zəlzələ oldu
-
Azərbaycan vətəndaşları Rusiyadan deportasiya edildilər
XƏBƏR LENTİ
-
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb
-
Öldürülən qazi Tovuzdakı anım mərasiminə gedibmiş
-
Yardımlıda 7 kəndin qazı kəsiləcək
-
Ayın 28-də intensiv yağış yağacaq - Proqnoz
-
Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur
-
Qazaxda hamamda partlayış - 36 yaşlı kişi xəsarət aldı
-
Azərbaycanda hüquq-mühafizə və məhkəmələrə 3,4 milyard manat ayrılacaq
-
Yaponiya vətəndaşlara xəbərdarlıq etdi: Fəlakətə hazır olun
-
Bu şəxslərin iş və istirahət saatları dəyişdirilir - Yeni qərar
-
BMT-nin Baş katibi kim olacaq? - Azərbaycan mövqeyini açıqladı
-
Dünyada bu meyvə bahalaşacaq
-
Nəzakət Məmmədovanın qızının toyundan görüntülər - (Video)
-
Məhkəmədən mühüm qərar: Barışıq olan yerdə azadlıq mümkündür
-
Prezident İlham Əliyev: Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq - (Video)
-
Prezident İlham Əliyev: Müstəqil siyasətimiz bizə çox böyük hörmət qazandırıb - (Video)
-
Vurulan gəmidən sağ çıxan dənizçinin övladlarına qovuşduğu an - (Video)
-
Türkiyənin 30 vilayətində əməliyyat: 85 nəfər tutuldu
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür - (Video)
-
Evlənməyə vaxtları yoxdur
-
Prezident İlham Əliyev: Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil - (Video)
-
Prezident İlham Əliyev: Ölkəmizdə 35 ildə qazanılmış nailiyyətlər Azərbaycan xalqı tərəfindən əldə edilmişdir - (Video)
-
Prezident İlham Əliyev: İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır
-
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər
-
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə





