Bu gün öldürülən rus general kim idi? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, bu gün Moskvada yaşayış binasında partlayış zamanı rusiyalı general İqor Kirillov və onun köməkçisi İlya Polikarpov həlak olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kirillov və onun köməkçisinin ölümünə skuter səbəb olub.
Belə ki, partlayıcı qurğu binanın giriş hissəsində olan skuterə yerləşdirilib.
Generalın ölümü dünya mediasında böyük müzakirələrə səbəb olub. Onu bu qədər əhəmiyyətli edən bir digər məsələ isə həm də Rusiya Silahlı Qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi olmasıdır.
Kirillov hərbi fəaliyyətinə 1987-ci ildən SSRİ Silahlı Qüvvələrinin sıralarına qoşulmaqla başlayıb.
1991-ci ildə Kostroma Ali Hərbi Komandanlıq Kimyəvi Müdafiə Məktəbini fərqlənmə diplomu ilə bitirib.
91-94-cü illərdə Qərb Qüvvələr Qrupunda taqım komandiri vəzifəsində çalışıb.
1995-ci ildən ayrı-ayrı radiasiya, kimyəvi və bioloji mühafizə briqadasının rota komandirindən briqada komandirinə kimi bir sıra vəzifələrdə çalışıb.
2009-2014-cü illərdə Rusiya Silahlı Qüvvələrinin Kimyəvi Müdafiə Qüvvələrində müxtəlif postlarda olub.
2014-cü ilin sentyabrında "Timoşenko" adına Kimya Müdafiə Hərbi Akademiyasının rəhbəri təyin edilib. Bu vəzifədə 2017-ci ilədək çalışıb.
O, 2017-ci ilin aprelində Rusiya Silahlı Qüvvələrinin Rusiya Kimyəvi Müdafiə Qüvvələrinin rəisi təyin edilib.
Hərbçi "TOS-2" "Toçka" taktiki raket komplekslərinin yaradılmasında və qəbulunda iştirak edib.
Kirillov Rusiyanın III və IV dərəcəli "Vətənə xidmətə görə", "Hərbi xidmətlərə görə" ordenləri, II dərəcəli "Vətənə xidmətə görə" medalına layiq görülüb.
Rusiya tərəfi onun ölümünü "çox böyük itki" adlandırıb.
Onun faciəvi sonu bəzi xarici media orqanlarında "Oreşnik"lərin istehsalı ilə də əlaqələndirilib.
Ukrayna tərəfinin məlumatına görə, Krillovun adı həm də qərb və şərq cinahlarda qadağan olunmuş kimyəvi partlayıcıların kütləvi istifadəsi ilə bağlı açılan cinayət işində hallanıb.
Onun zəhərli maddələrin dron hücumlarında, eləcə də döyüş qumbaraatmalarında əli olduğu bildirilib.
Qeyd edək ki, general zaman-zaman verdiyi açıqlamalarla da gündəmdə idi. O, daha əvvəl ABŞ-nin Ukrayna ərazisində kimyəvi-bioloji stansiya tikdiyini bəyan etmişdi. Lakin onun bu iddiası sonralar öz təsdiqini tapmamışdı.
Suveren dövlətə qarşı hərbi əməliyyatlarda bilavasitə iştirakına görə general beynəlxalq sanksiyalar siyahısına da əlavə edilmişdi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Misir Prezidenti istefa verəcəyini elan edib
-
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
-
Rusiyada güclü zəlzələ oldu
-
Azərbaycan vətəndaşları Rusiyadan deportasiya edildilər
-
Moskvaya ilin ən böyük dron hücumlarından biri oldu
-
Putinin təyyarələri Ukrayna PUA-ları səbəbindən Moskvaya enə bilməyib - (Foto)
XƏBƏR LENTİ
-
Aqrar sahəyə dövlət dəstəyinin yeni mexanizmi müəyyən edilir
-
"Mən qoca deyiləm"
-
Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb - (Yenilənib)
-
5 il hərbi təhsil alanlara aid yenilik - Qanun dəyişir
-
Türkiyədə mədəndə partlayış: 2 ölü, 5 yaralı var - (Video)
-
Ali təhsilli zabitlərin hərbi rütbədə olma müddəti azaldılacaq
-
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib
-
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib
-
General Arif Heydərova həsr olunan sənədli film nümayiş edildi - (Video)
-
Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
-
ATU əməkdaşının tədqiqatı Londonda təqdim olunub - (Foto)
-
“Yüksək gəlir hələ başlanğıcdır - TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan!”
-
Bakıda yeni metro stansiyası nə vaxt açılacaq? - Tarix açıqlandı
-
5 bürc üçün yeni mərhələ başlayır: Həyatlarında nələr dəyişəcək?
-
Hafiz İsmayılbəylinin vəzifəsi 7 illik artırıldı - Dosye
-
Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”
-
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənənlər üçün dəyərli əsər
-
“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir
-
Reza Deqati Parisdə yaralandı
-
Vahid Mirzəyev yüksək vəzifəyə təyin edildi
-
Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
-
Yaxın günlərdə "İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunacaq
-
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - (Foto-Video)





