Cəmiyyət

Aqrar sahəyə dövlət dəstəyinin yeni mexanizmi müəyyən edilir

23 Oktyabr 2026 13:24
Baxış: 333
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanda aqrar sahəyə dövlət dəstəyi müxtəlif vasitələrlə həyata keçiriləcək.

Milli.Az unikal-a istinadən xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Aqrar sahə haqqında" yeni qanunun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmin vasitələr aşağıdakılardır:

- aqrar subsidiyanın verilməsi;

- kənd təsərrüfatı istehsal vasitələrinin satışı və maliyyə icarəsi zamanı güzəşt tətbiq edilməsi, habelə güzəştli kreditlərin və maliyyə icarəsi üçün vəsaitin ayrılması, o cümlədən verilmiş kreditlərin faizlərinin maliyyələşdirilməsi;

- qrant verilməsi;

- dövlət investisiya qoyuluşu;

- vergi və gömrük güzəştlərinin tətbiqi;

- aqrar sığorta fəaliyyəti;

- satış yerlərinin təşkili;

- informasiya-məsləhət xidmətlərinin göstərilməsi;

- strateji əhəmiyyətli aqrar məhsulun istehsalı zamanı dövlət zəmanətinin tətbiqi;

- dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi;

- elmi tədqiqat, laboratoriya, təcrübə, bitki və heyvan xəstəlikləri üzrə müalicə-profilaktika, zərərsizləşdirilmə və sınaq fəaliyyətinə, habelə aqrar təhsil, təlim və peşə hazırlığına dəstək göstərilməsi;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi hallarda və qaydada xüsusi təhlükəli heyvan xəstəlikləri nəticəsində fiziki və hüquqi şəxslərə dəymiş zərərin ödənilməsi.

Qanun layihəsinə əsasən, aqrar sahədə subsidiyalaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi zamanı Sistemin məlumatları əsas götürüləcək və aqrar məhsul istehsalçılarının reytinq sistemi nəzərə alınacaq.

Aqrar sığorta sahəsində dövlət dəstəyi "Aqrar sığorta haqqında" qanunla tənzimlənəcək.

Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.