Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanın səfiri Mariya Livalanı çağırıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya XİN açıqlama yayıb.
O, Finlandiyada Rusiyaya məxsus 45 daşınmaz əmlakın, o cümlədən Rusiya səfirliyinin rəsmi məqsədlər üçün istifadə etdiyi və diplomatik toxunulmazlıqla qorunan əmlakın Finlandiya məhkəmə icraçısı tərəfindən müsadirə edilməsi ilə bağlı kəskin etirazla qarşılanıb.
"Rusiya tərəfi Finlandiya tərəfindən bu qeyri-qanuni qərara tez bir zamanda yenidən baxmağı tələb edib", - açıqlamada bildirilir.
Qeyd olunur ki, Rusiya tərəfi Helsinkiyə qarşı cavab tədbirlərini nəzərdən keçirməyə hazırdır. Rusiya XİN onu da vurğulayıb ki, Finlandiya XİN ölkənin etiraz notalarına rəsmi cavab verməyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun