Rusiya

Putinin doğum günüdür- Rusiya lideri haqqında SENSASİON FAKTLAR - FOTO

7 Oktyabr 2024 13:58
Baxış: 1 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putinin doğum günüdür.

Milli.Az musavat.com-a istinadən bildirir ki, dövlət başçısı bildirib ki, oktyabrın 7-si onun üçün iş günü olacaq. Günün birinci yarısında görüşlər jurnalistlər üçün qapalı keçiriləcək, axşam isə MDB ölkələrinin liderləri Birlik sammitini keçirmək üçün Moskvaya gələcəklər.

Prezidentin mətbuat katibi Dmitri Peskov da dövlət başçısının ad günündə işləyəcəyini təsdiqləyib.

Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləyib. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.

1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızları var: Mariya (1985-ci ildə Leninqradda) və Katerina (1986-cı ildə Drezdendə anadan olublar.) Mariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Katerina şərq fakültəsində təhsil alıblar (2003-cü ildə qəbul olublar). V. Putinin qızları haqqında məlumat mətbuatda az verilir.

Putin hər zaman işgüzarlığı, fasiləsiz çalışması ilə seçilir.

Rusiya prezidenti Vladimir Putinin KQB-də işlədiyi vaxta aid yayılan tərcümeyi-halda keçmiş KQB işçisi Putinin 23 yaşında idman və döyüş sənətlərində qazandığı nəaliyyətlər və xarakterinin üstün tərəfləri qeyd edilib.

Yayımlanan tərcümeyi-halda Putinin çalışqan, intizamlı, dürüst, stresli anlarda özünü sakit apara bilən, iş yoldaşları arasında olduqca hörmətli şəxs olduğu göstərilib. Sənədin davamında Putinin cudo və sambo kimi döyüş sənətlərində master dərəcəsi aldığı və 1976-cı ildə Sankt-Peterburqda çempion olduğu bildirilib.

Qeyd edək ki, Putin Cudo üzrə 8-ci dan, Kyokşin karate növü üzrə 8-ci dan, Taekvando üzrə 9-cu dan qara kəmər sahibidir.

Putinin atası İkinci Dünya Müharibəsi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində ayağından əlil qalır. O, fabrik işçisi olub. Bu hadisədən sonra aclıqdan ölümlə üz-üzə qalan anası isə küçələri, laboratoriya avadanlıqlarını təmizləyir, bununla belə çox az maaş alırdı...

Sankt-Peterburqda kəşfiyyat qərargahına gedən Vladimir Putin bu quruma daxil olmaq arzusunu bildirsə də, rəsmilər onun hüquq fakültəsini bitirməsinin lazım olduğunu bildiriblər. Bundan sonra Putin 1975-ci ildə hüquq dərəcəsini alıb.

Putin 1985-ci ildə gizli kəşfiyyat missiyası üçün Şərqi Almaniyaya gedib.

O dövrdə Putinin kəşfiyyat adlarının sovet Ceyms Bondu və ya rus Cudi Denç olduğu bilinir.

Vladimir Putin: From Russia's KGB to a long presidency defined by war in  Ukraine - BBC News

Putin Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 2-ci və 4-cü Prezidenti (2000-2008-ci illərdə və 7 may 2012-ci ildən), Rusiya Federasiyası Hökumətinin sədri (1999-2000; 2008-2012-ci illərdə), Təhlükəsizlik Şurasının sədri (1999-cu ildə), Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru (1998-1999) vəzifələrində çalışıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.