Rusiya

Rusiya ilə danışıqlar "daha hazırlıqlı" müharibə gətirəcək

21 İyul 2024 09:46
Baxış: 1 091
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna və Rusiya arasında danışıqlar aparılarsa, bu sülhü qaytarmayacaq, ancaq müvəqqəti fasilə verəcək, bundan sonra daha hazırlıqlı müharibə başlayacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu ukraynalı analitik və jurnalist Sergey Qarmaş deyib.

"Rusiya ilə danışıqlar mümkünsüzdür" fikri ilə razı deyiləm. Danışıqlar mütləq olacaq, lakin bundan sonra da Ukraynaya sülhün qaytarılmasında effektivliyi sual altındadır.

Bu dialoq ilk növbədə Qərbdə istənilir. Rusiya mətbuatında da bu mövzu hər gün gündəmə gəlir və bu, təsadüfi deyil. Burada bir nüans var, çünki Rusiyada Ukrayna ilə danışıqlardan deyil, "Ukrayna böhranı ətrafında və Qərblə danışıqlardan" bəhs olunur. Bu danışıqlar barəsində sülhlə bağlı illüziyalar olmamalıdır, çünki bu danışıqlar atəşkəs haqqındadır", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.