Baku TV-yə xəbərdarlıq edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Oktyabrın 8-də Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib.
Şuradan Milli.Az-a verilən məlumata görə, iclasda son aylarda efirə gedən televiziya proqramlarında ayrı-seçkiliyi ehtiva edən yanaşmaların artan tendensiyası ilə bağlı ciddi narahatlıq müzakirə olunub.
Qeyd olunmuşdur ki, cari il ərzində aparılmış monitorinqlər nəticəsində "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması, yəni müxtəlif növ ayrı-seçkiliyin təbliği nəticəsində ilin müxtəlif vaxtlarında "Space TV", "Xəzər TV", "ARB" kanallarına rəsmi xəbərdarlıq verilmiş, bir dəfə "Space TV" kanalının yayımı 6 saatlıq, "Kanal S" kanalının yayımı isə 24 saatlıq dayandırılmışdır. Bundan başqa, ictimai həssaslıq doğuran bu və ya digər mövzulara balanslı yanaşılması məqsədilə yayımçılara mütəmadi olaraq müvafiq tövsiyələr verilmişdir.
İclas zamanı, bu kontekstdə, "Baku TV" televiziya kanalının efirində 24 sentyabr 2025-ci il tarixdə yayımlanan "Amin" proqramı zamanı səsləndirilən fikirlər də ciddi müzakirə olunmuşdur. Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı qonaq tərəfindən "...Mən qadınam. Kişi həmişə qabaqda getməlidi. Bu, həyatın qanunudu və bu qanunu sən pozsan, Allah sənə oğul övladından cəza çəkdirəcək... Bu qanundu, Allahın qanunudu... Allah-təala qadını sırf kişiyə tabe elətdirir..." fikirləri səsləndirilmişdir.
Audiovizual Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Qanunun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınmış, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunmuşdur.
İclas zamanı məsələ diqqətlə müzakirə edilmiş və yekdilliklə bu fikirlərin cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəlinmişdir. Belə ki, proqramda qonaq qismində çıxış edən şəxs tərəfindən səsləndirilən fikirlərdə cinsi ayrı-seçkiliyi təşviq edən, qadın və kişi bərabərliyinə zidd olan ifadələrə yol verilmişdir. Çıxış zamanı bu fikirlər dini və fəlsəfi yanaşmalarla əsaslandırılmağa cəhd edilmiş, lakin təqdim olunan mövqelər obyektiv dini və ya elmi əsaslardan kənar, subyektiv və ayrı-seçkilik xarakteri daşıyan məzmunla ifadə olunmuşdur. Həmçinin, qonağın fikirlərinə aparıcının təsdiqləyici reaksiya bildirməsi də, cinsi ayrı-seçkiliyin təbliğinə xidmət edə bilən fikirlərə yer verilməsi kimi qiymətləndirilmişdir. Audiovizual Şuranın üzvləri "Baku TV" kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlmişlər.
Audiovizual Şura media məkanının maarifləndirici, obyektiv və diskriminasiyadan kənar prinsip əsasında fəaliyyət göstərməsinin zəruriliyini yayımçılara bir daha xatırladır, onlardan yayım zamanı qanunvericiliyin normalarını əsas tutmalarını tələb edir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
-
Atasının ölümündən sonra bu fotonu paylaşdı
-
Günel Zeynalova ilə Vüsalə Əlizadə qohum oldu - (Foto)
-
Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
-
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
-
Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
XƏBƏR LENTİ
-
“Kızılcık Şerbeti”ndə gözlənilməz ayrılıq: "Qəbul edə bilmədim"
-
Atasının ölümündən sonra bu fotonu paylaşdı
-
Günel Zeynalova ilə Vüsalə Əlizadə qohum oldu - (Foto)
-
Sürücülərin telefonla danışması kameralarla qeydə alınacaq
-
Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
-
“Fənərbağça”dan Messiyə gözlənilməz təklif
-
Əli Əsədov işçi sayı və maaşlarla bağlı qərar imzaladı
-
Heydər Əliyevin kapitan rütbəsi verdiyi Xalq artisti: Zaur Rzayev kim idi? - (Foto)
-
Astarada torpaq sürüşməsi oldu
-
Zərdabda ağır qəza: Dörd nəfər xəstəxanaya yerləşdirildi
-
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
-
Rusiyaya qarşı 1569 sanksiya: Brüsselin böyük səhvi üzə çıxdı
-
Onlar pulsuz xidmət göstərməsələr, 18 manat ödəyəcəklər - Yeni qayda
-
Salyanda məktəbə “Molotov kokteyli” atıldı
-
Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq
-
Bəzi həkimlərə xüsusi rütbələr veriləcək
-
Oktyabrın son gününə olan hava proqnozu açıqlanıb
-
Hacı Nazim: "1 həftə idi nişanım olmuşdu, atamı toya yola saldıq, pilləkandan yıxılıb öldü" - (Video)
-
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
Zaur Rzayevin oğlu: "Bu, atamın vəsiyyətidir, hörmətlə yanaşın"
-
Bu şəxslər hərbi çağırışdan azad ediləcək
-
Azərbaycanda yeni qurum yaradılır
-
Maaşımızı istədiyimiz bankdan ala biləcəyik - Tarix açıqlandı
-
Küləkli havada çalışanlara şad xəbər





