Dünya

Bu gün və sabah meteor yağışı olacaq

8 Oktyabr 2025 15:07
Baxış: 352
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün və sabah Drakonid meteor yağışı müşahidə olunacaq.

Milli.Az xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından  verilən məlumata görə, bu axının mənbəyi 21P/Giakobini-Zinner kometidir. 1900-cü ildə fransız astronom Mişel Giakobininin kəşf, 1913-cü ildə isə alman astronom Ernst Zinnerin yenidən müşahidə etdiyi bu komet 6,6 illik periodla Günəş ətrafında dövr edir. Kometin hər dövrəsində buraxdığı toz və qaz axını Yer orbitini kəsdiyi üçün biz onu meteor yağışı kimi müşahidə edirik.

Drakonidlər digər meteor yağışlarından fərqli olaraq çox yavaş hərəkət edir və səmada parlaq, uzunmüddətli işıq izləri buraxırlar. Adətən fəallığı zəif olur - saatda 5-ə yaxın meteor müşahidə edilir. Drakonid meteorlarının sürəti çox yavaş - təxminən 20 km/saatdır. Bu meteor tarix boyu bəzən sürpriz partlayışlarla yadda qalıb: məsələn, 1926, 1933, 1946 və 2011-ci illərdə müşahidəçilər saatda minlərlə meteor qeydə alıblar.

Bu il Drakonid meteor yağışının pik fəallığı 8-9 oktyabr axşamlarında, xüsusilə saat 19:30-23:00 arası gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.