Rusiya

Putin Modiyə söz verdi, onları ordudan xaric edəcək

9 İyul 2024 16:13
Baxış: 1 403
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya Prezidenti Vladimir Putin Baş nazir Narendra Modinin xahişinə müsbət cavab verib və Rusiya ordusuna cəlb edilən bütün Hindistan vətəndaşlarını tərxis ediləcəyini bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə NDTV məlumatlı mənbəyə istinadla məlumat yayıb.

Mənbə bildirib ki, Rusiyada ikigünlük səfərdə olan Modi Putinlə şam yeməyində bu məsələni qaldırıb, Putin isə bu xahişi nəzərə alacağını deyib.

Qeyd edək ki, bundan öncə Modinin Putindən bunu xahiş edəcəyi, Ukraynada döyüşlərə cəlb edilən hindlilərin tərxis olunmasına çalışacağı bildirilmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.