Rusiya Prezidenti Vladimir Putin Baş nazir Narendra Modinin xahişinə müsbət cavab verib və Rusiya ordusuna cəlb edilən bütün Hindistan vətəndaşlarını tərxis ediləcəyini bildirib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə NDTV məlumatlı mənbəyə istinadla məlumat yayıb.
Mənbə bildirib ki, Rusiyada ikigünlük səfərdə olan Modi Putinlə şam yeməyində bu məsələni qaldırıb, Putin isə bu xahişi nəzərə alacağını deyib.
Qeyd edək ki, bundan öncə Modinin Putindən bunu xahiş edəcəyi, Ukraynada döyüşlərə cəlb edilən hindlilərin tərxis olunmasına çalışacağı bildirilmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun