Rusiya

Yaponiya Rusiyaya yeni sanksiya tətbiq etdi

24 May 2024 13:35
Baxış: 1 190
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiya hakimiyyəti Rusiyanı Şimali Koreyadan silah almaqda ittiham edib. Cavab tədbiri olaraq Rusiyadan bir fiziki və doqquz hüquqi şəxs, həmçinin Kiprdən iki hüquqi şəxs sanksiya siyahısına əlavə edilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Yaponiya XİN-i məlumat yayıb.

Sanksiya siyahısına "Transmorflot", "M-Lizinq", "Azia" gəmiçilik şirkəti, dövlət aviaşirkəti 224-cü Uçuş Dəstəsi və onun baş direktoru Vladimir Mixeyçik, "Şərqi Stevidornaya Şirkəti", "Vladimirovka" tədqiqat kompleksi, "Aşuluk" poliqonu, "Azia Shipping" və s. əlavə olunub. Siyahıdakı hər kəsin aktivləri dondurulacaq və ödənişləri də məhdudlaşdırılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.