Ukrayna kəşfiyyatı: Moskva vilayətindəki terror səfərbərlik üçün bəhanə olacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Moskva vilayətindəki "Krokus siti holl" konsert zalında baş vermiş terror aktı Rusiya xüsusi xidmət orqanlarının planlı və şüurlu təxribatıdır. Məqsəd Kremlin Ukraynaya qarşı intensiv hücumlara və total səfərbərliyə haqq qazandırmaq cəhdidir.
Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kaşfiyyat İdarəsi teleqramda bildirib.
"Moskvada insanların açıq şəkildə edamı Rusiyanın müharibənin daha da alovlanması və genişlənməsi ilə təhdid etməsi kimi başa düşülməlidir. Peskovun terror aktından bir müddət öncə "müharibə" ilə bağlı verdiyi bəyanatı sadəcə olaraq Kremlin diqqətlə planlaşdırılmış xüsusi əməliyyatının falstartıdır", - BKİ-nin açıqlamasında nəql edilib.
Ukrayna kəşfiyyatı həmçinin qeyd edib ki, Kremlin "Kaşirskoye şossesində evlərin bombalanmasından başlayaraq bu cür terror aktlarının təşkilində böyük təcrübə var".
"Eynən o zaman olduğu kimi, bu gün rusiyalıları qorxutmaq aksiyası Rusiyanın özündə kəmərlərin maksimum dərəcədə sıxılmasına səbəb olacaq", - Baş Kəşfiyyat İdarəsi vurğulayıb.
Ukrayna kəşfiyyatına görə, Kreml, çox güman ki, bu hadisədə Ukraynanı günahlandıracaq ki, "öz vətəndaşlarının güllələnməsini mülki infrastruktura daha da qəddar hücumlar və ukraynalı mülki şəxslərin öldürülməsi üçün bəhanə kimi istifadə etsin".
"Ukraynanın mülki infrastrukturuna bugünkü hücum eskalasiyanın başqa bir həlqəsidir", - kəşfiyyat məlumatında qeyd olunub.
Eyni zamanda, BKİ əlavə edib ki, bir qrup yaraqlının avtomatlarla Moskvanın mərkəzində əngəlsiz hərəkət etməsi "Krokus siti holl"dakı silahlı hücumun Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini göstərir.
"Səfirliklər də terror hücumunun hazırlanacağı barədə xəbərdarlıq etmişdilər", - hərbi kəşfiyyat vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Rafael Ağayev əməliyyat olundu - FOTO
-
Təkrar imtahan imkanı verildi - Kimlər pulsuz iştirak edəcək?
-
Bu yolda diqqətli OLUN: “Qazi oğlum var” oyunu - Yeni fırıldaq - FOTO
-
FIBA 2 ukraynalı basketbolçunu ömürlük diskvalifikasiya etdi
-
Trend Agentliyi ödənişli xəbər lentindən istifadə üçün tarifləri yeniləyib
-
Müəllimlər üçün mühüm XƏBƏR
-
Azərbaycanda yas mərasimində zəhərlənənlərin vəziyyəti necədir? - AÇIQLAMA
-
Qabiliyyət imtahanlarına qeydiyyat başlayır
-
"Kapital Bank" dünyaca məşhur şirkətlə əməkdaşlığa başladı
-
Türkiyədə oteldə silahlı insident: Otel sahibi və müştəri öldü
-
"WhatsApp" istifadəçiləri üçün YENİLİK
-
"15 min almısan, imkan ver biz də QAZANAQ"
-
Qadın müğənni qətlə yetirildi, meyiti kanala atıldı
-
Trampın keçmiş gəlinində xərçəng aşkar edildi - FOTO
-
Dubay konsertindəki şousu gündəm oldu - VİDEO
-
Emin Mahmudovla bağlı qərar verildi
-
Tbilisiyə bu qatar gedəcək - FOTO
-
“Qəbələ” “Şamaxı”ya qarşı - Sonuncu turun oyunları
-
"Toylar nə vaxtdan el şənliyi olub?!"
-
Bazar günü 56 mindən çox şəxs imtahan VERƏCƏK
-
Azərbaycanda mənzil almaq istəyənlərə VACİB XƏBƏR
-
Həbibdən UFC prezidentinə sərt cavab
-
"Mançester"dən gedən Kazemironun yeni klubu BƏLLİ OLDU
-
Bu ilin sonunadək daha 30 min insan azad olunmuş ərazilərə köçəcək





