"Kapital Bank" dünyaca məşhur şirkətlə əməkdaşlığa başladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölkənin birinci bankı "Kapital Bank" dünyanın tanınmış investisiya şirkətlərindən biri olan "Federated Hermes Limited" ilə əməkdaşlığa başlayıb.
Milli.Az xəbər verir ki, bununla da "Kapital Bank" Azərbaycanda şirkətin ilk bank tərəfdaşına çevrilib.
Bu tərəfdaşlıq "Kapital Bank"ın beynəlxalq maliyyə bazarlarına inteqrasiyası, həmçinin bankın xəzinədarlıq və likvidlik idarəetməsi sahəsində beynəlxalq təcrübəyə əsaslanan imkanların genişləndirilməsi istiqamətində atdığı mühüm addımlardan biridir.
Əməkdaşlıq çərçivəsində bank pul bazarlarına vəsaitlərin yerləşdirilməsi və likvidliyin daha səmərəli idarə olunması istiqamətində yeni imkanlar əldə edəcək.
Qeyd edək ki, "Federated Hermes Limited" Londonda yerləşən və beynəlxalq investisiya idarəçiliyi sahəsində fəaliyyət göstərən maliyyə qurumudur. Şirkət institusional və korporativ müştərilər üçün likvidlik idarəetməsi, sabit gəlirli alətlər, səhmlər və alternativ investisiya həlləri üzrə xidmətlər təqdim edir. Xüsusilə məsuliyyətli və dayanıqlı investisiya yanaşması (ESG) sahəsində qabaqcıl təcrübəsi ilə tanınan "Federated Hermes Limited" uzun illərdir qlobal maliyyə bazarlarında fəaliyyət göstərir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Zaporojyeyə hücum - azı 3 nəfər ölüb
-
Bu xəstəliklərin müalicəsi məcburidir, CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ
-
Azərbaycanda zəlzələ oldu
-
Gözəllik arzusu həyatını MƏHV ETDİ: 6 ildir əzab çəkir
-
Azərbaycanlı aparıcı ilk dəfə anasını paylaşdı - FOTOlar
-
Alman avtomobil nəhəngləri böhran içində
-
Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar - FOTO
-
Roman Abramoviç niyə Zelenski ilə görüşdü?
-
Bu bütün maşınlarda olsa, qəzada ÖLƏN OLMAZ - VİDEO
-
Bakıda hündürmərtəbəli bina YANIR - Yenilənib
-
Nəhəng ölçüləri ilə seçilən "Yoqi" gündəm oldu - VİDEO
-
Qənnadı sexində tortu görün necə hazırlayırlar... - VİDEO dəhşətə gətirir
-
Abşeronun bəzi ərazilərinə dolu düşəcək
-
"Kaş bütün xanımlar mənim kimi gözəl və təbii QALSIN"
-
Bu bina hər kəsi HEYRƏTLƏNDİRİR: 22-ci mərtəbədə "şəhərcik" salıblar - VİDEO
-
"Nadir Qafarzadə utanaraq yanıma gəldi..."
-
Qəbiristanlığın yerləşdiyi ərazi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Toy günü ananın qızına dediyi sözlər hər kəsi AĞLATDI - VİDEO
-
80 yaşlı qadını ailəsi yorğana büküb yol kənarına ATDI - VİDEO
-
“Qalatasaray”ın müdafiəçisi “Yuventus”a transfer olunur
-
XİN gəmidə yaralanan azərbaycanlıların vəziyyətini AÇIQLADI
-
Xalq artisti od PÜSKÜRDÜ: "Bakıda heç qoçular bunu etməyib!"
-
"Zirə" onu göndərdi
-
“ChatGPT”dən tarixi REKORD





