Tbilisiyə bu qatar gedəcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı-Tbilisi-Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək.
Milli.Az-ın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib. O bildirib ki, marşrut üzrə qatarlarda sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək: "Qatar 1 ədəd "Lüks" sinif, 1 ədəd qarışıq "Lüks" və "Komfort+" sinif, 3 ədəd "Komfort" sinif və 1 ədəd vaqon-restoran olmaqla 6 vaqondan ibarətdir və ümumi sərnişin tutumu 118 nəfər təşkil edir. "Komfort" sinif üzrə vaqonda 1 ədəd kupe hərəkəti məhdud sərnişinlər üçün nəzərdə tutulub.
Bundan başqa, 1 ədəd qarışıq "Lüks" və "Komfort+" sinif üzrə vaqonda kupelər xüsusi arakəsmə ilə ayrılıb. Ailə və qrup səfərləri zamanı istəyə uyğun olaraq həmin arakəsmə açılaraq vahid kupe halına salına bilər" .
B. Hacıyev bildirib ki, İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan vaqonlar yeni nəsil təhlükəsizlik texnologiyası və bir sıra innovativ mexanizmlərlə təchiz edilib:
" Lüks sinif üzrə kupelər iki nəfərlikdir və hər biri masa, televizor, duş kabinəsi və sanitar qovşaqla təmin olunub. Eyni zamanda, komfort+ sinif üzrə kupelər iki nəfərlikdir və hər bir kupe televizor, masa və əlüzyuyanla təmin edilib. Komfort sinif üzrə kupelər dörd nəfərlikdir və hər birində televizor var.
Komfort və Komfort+ vaqonlarda sərnişinlərin istifadəsi üçün ümumi, lüks vaqonlarda isə hər kupe üçün ayrıca duş kabinəsi və sanitar qovşaq mövcuddur.
Kupelər fərdi tənzimlənən temperatur və işıqlandırma sistemi, bələdçi ilə əlaqə düyməsi, səs izolyasiyası ilə təmin olunub. Həmçinin şəxsi əşyalar üçün kart sistemi ilə çalışan seyf, elektrik yuvaları, internet, dörd dildə məzmunun təqdim edildiyi TV monitor, pult və qulaqlıq yerləri mövcuddur.
Sərnişinlərə təmiz yataq dəsti, səfər paketi (komfort sinif üzrə nəm və quru salfet, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik; komfort+ sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti (məcun və fırça), əl dəsmalı, yataq dəsti, su, tərlik, dabankeş; lüks sinif üzrə nəm və quru salfet, yuxu maskası, diş dəsti, gigiyenik dəst, dabankeş, su, tərlik, şampun, duş geli, əl və bədən dəsmalı, yataq dəsti təqdim olunacaq".
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Qəbiristanlığın yerləşdiyi ərazi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Toy günü ananın qızına dediyi sözlər hər kəsi AĞLATDI - VİDEO
-
Bu qadını görənlər polisə XƏBƏR VERSİN
-
Toyda əsəbiləşən gəlin uşağı VURDU - VİDEO
-
Usta işləyən gənclərin oxuduğu azan hamını HEYRƏTLƏNDİRDİ - VİDEO
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
XƏBƏR LENTİ
-
Gözəllik arzusu həyatını MƏHV ETDİ: 6 ildir əzab çəkir
-
Azərbaycanlı aparıcı ilk dəfə anasını paylaşdı - FOTOlar
-
Alman avtomobil nəhəngləri böhran içində
-
Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar - FOTO
-
Roman Abramoviç niyə Zelenski ilə görüşdü?
-
Bu bütün maşınlarda olsa, qəzada ÖLƏN OLMAZ - VİDEO
-
Bakıda hündürmərtəbəli bina YANIR - Yenilənib
-
Nəhəng ölçüləri ilə seçilən "Yoqi" gündəm oldu - VİDEO
-
Qənnadı sexində tortu görün necə hazırlayırlar... - VİDEO dəhşətə gətirir
-
Abşeronun bəzi ərazilərinə dolu düşəcək
-
"Kaş bütün xanımlar mənim kimi gözəl və təbii QALSIN"
-
Bu bina hər kəsi HEYRƏTLƏNDİRİR: 22-ci mərtəbədə "şəhərcik" salıblar - VİDEO
-
"Nadir Qafarzadə utanaraq yanıma gəldi..."
-
Qəbiristanlığın yerləşdiyi ərazi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Toy günü ananın qızına dediyi sözlər hər kəsi AĞLATDI - VİDEO
-
80 yaşlı qadını ailəsi yorğana büküb yol kənarına ATDI - VİDEO
-
“Qalatasaray”ın müdafiəçisi “Yuventus”a transfer olunur
-
XİN gəmidə yaralanan azərbaycanlıların vəziyyətini AÇIQLADI
-
Xalq artisti od PÜSKÜRDÜ: "Bakıda heç qoçular bunu etməyib!"
-
"Zirə" onu göndərdi
-
“ChatGPT”dən tarixi REKORD
-
"Onurğam üçün dəmirə çıxıb idman edirəm, "striptriz"dir DEYİRLƏR"
-
"Koç" holdinqinin binasına silahlı HÜCUM
-
Köçəryan Paşinyanı hədələdi





