Bazar günü 56 mindən çox şəxs imtahan VERƏCƏK
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bazar günü 56 mindən çox abituriyent üçün imtahan keçiriləcək
Hazırda oxunan: Bazar günü 56 mindən çox abituriyent üçün imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.
Milli.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.
İştirakçılar mayın 15-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.
"İmtahana buraxılış vərəqəsi"ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.
İmtahan saat 10:00-da başlanır.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 231 imtahan binası, 4 206 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 231 ümumi imtahan rəhbəri, 665 imtahan rəhbəri, 5 211 nəzarətçi, 762 buraxılış rejimi əməkdaşı, 231 bina nümayəndəsi cəlb olunub.
II ixtisas qrupu üzrə imtahanda 28 507, III ixtisas qrupu üzrə imtahanda isə 28 340 nəfər olmaqla, ümumilikdə 56 847 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahanda 82 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda qeyd olunan şəhər və rayonlarda imtahanlarda iştirak edəcək digər nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilir, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılır. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə mayın 23-də təkrar baxış keçiriləcək və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə veriləcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Qəbiristanlığın yerləşdiyi ərazi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Toy günü ananın qızına dediyi sözlər hər kəsi AĞLATDI - VİDEO
-
Bu qadını görənlər polisə XƏBƏR VERSİN
-
Toyda əsəbiləşən gəlin uşağı VURDU - VİDEO
-
Usta işləyən gənclərin oxuduğu azan hamını HEYRƏTLƏNDİRDİ - VİDEO
-
Azərbaycanlı tanınmış fotoqrafların toy qiymətləri dodaq "UÇUQLATDI": 11.500 manat...
XƏBƏR LENTİ
-
Azərbaycanlı aparıcı ilk dəfə anasını paylaşdı - FOTOlar
-
Alman avtomobil nəhəngləri böhran içində
-
Azərbaycanın akrobatika gimnastları Bakıdakı Dünya Kubokunda qızıl medal qazanıblar - FOTO
-
Roman Abramoviç niyə Zelenski ilə görüşdü?
-
Bu bütün maşınlarda olsa, qəzada ÖLƏN OLMAZ - VİDEO
-
Bakıda hündürmərtəbəli bina YANIR - Yenilənib
-
Nəhəng ölçüləri ilə seçilən "Yoqi" gündəm oldu - VİDEO
-
Qənnadı sexində tortu görün necə hazırlayırlar... - VİDEO dəhşətə gətirir
-
Abşeronun bəzi ərazilərinə dolu düşəcək
-
"Kaş bütün xanımlar mənim kimi gözəl və təbii QALSIN"
-
Bu bina hər kəsi HEYRƏTLƏNDİRİR: 22-ci mərtəbədə "şəhərcik" salıblar - VİDEO
-
"Nadir Qafarzadə utanaraq yanıma gəldi..."
-
Qəbiristanlığın yerləşdiyi ərazi MÜZAKİRƏ YARATDI - VİDEO
-
Toy günü ananın qızına dediyi sözlər hər kəsi AĞLATDI - VİDEO
-
80 yaşlı qadını ailəsi yorğana büküb yol kənarına ATDI - VİDEO
-
“Qalatasaray”ın müdafiəçisi “Yuventus”a transfer olunur
-
XİN gəmidə yaralanan azərbaycanlıların vəziyyətini AÇIQLADI
-
Xalq artisti od PÜSKÜRDÜ: "Bakıda heç qoçular bunu etməyib!"
-
"Zirə" onu göndərdi
-
“ChatGPT”dən tarixi REKORD
-
"Onurğam üçün dəmirə çıxıb idman edirəm, "striptriz"dir DEYİRLƏR"
-
"Koç" holdinqinin binasına silahlı HÜCUM
-
Köçəryan Paşinyanı hədələdi
-
Arvadını ruh sandı, ürəyi GETDİ - VİDEO





