Rusiya

Əfsanəvi marşalın oğlu öldü

22 Mart 2024 17:22
Baxış: 775
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Atçılıq Federasiyası keçmiş prezidenti Mixail Budyonnı vəfat edib. Onun 79 yaşı var idi.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytında məlumat verilib.

"SSRİ və Rusiya Atçılıq Federasiyasının keçmiş prezidenti Mixail Semyonoviç Budyonnının vəfatını təəssüf hissi ilə bildiririk. O, ölkə üçün ən çətin illərdə atçılıq növlərinin inkişafına dəstək verdi və Rusiya idmançılarının dünya səhnəsində çıxışını təbliğ etdi.

Rusiya Atçılıq Federasiyası mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir. Mixail Semyonoviç yaddaşımızda əbədi olaraq qalacaqd. Dəfn mərasiminin vaxtı və yeri daha sonra açıqlanacaq", - məlumatda ​​deyilir.

Mixail Budyonnı vətəndaş müharibəsinin məşhur iştirakçısı, Sovet İttifaqı marşalı Semyon Budyonnının oğludur. O, 1984-1993-cü illərdə FCSR-ə rəhbərlik edib, 1990-1995-ci illərdə Beynəlxalq Atçılıq Federasiyası Bürosunun üzvü olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.