Rusiya

Rusiyada həkimlər qadının gözündən səkkiz santimetrlik budaq parçası çıxarıblar - FOTO

21 Mart 2024 11:48
Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Stavropol şəhərində neyrocərrahlar xəstənin kəllə sümüyündən səkkiz santimetrlik budaq parçası çıxarıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Stavropol diyarı üzrə Səhiyyə Nazirliyi məlumat verib.

45 yaşlı qadın gözlərindəki problemlərdən şikayət etməyə başlayıb. Qadın həkimlərə bağda huşunu itirdikdən sonra ağrıların başladığını bildirib.

Məlum olub ki, bir neçə həftə əvvəl onun sağ gözü tamamilə görmə qabiliyyətini itirib. Göz qapağından irin gəldikdən sonra qadın mütəxəssislərə müraciət etmək qərarına gəlib.

Həkimlər dərhal mürəkkəb əməliyyat keçiriblər. Kəllə sümüyünün göz yuvasından keçərək görmə sinirini zədələyən budaq parçası çıxarılıb.

Hazırda zərərçəkmiş sağalma prosesindədir, lakin onun görmə qabiliyyətini bərpa etmək mümkün olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.