Sankt-Peterburqdan olan cərrahlar tərəfindən dünya rekordu müəyyənləşdirilib. Onlar xəstənin ağciyərlərindən 170 metastaz çıxarıblar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əməliyyat 6 saat davam edib.
Bildirilib ki, dünya onkologiyasında belə əməliyyatın analoqu yoxdur.
Məlumata görə, gənc xəstədə metastazlar 2020-ci ildə yoluxduğu osteosarkomanın nəticəsində əmələ gəlib. Son dörd il ərzində kişi Moskva və Almaniyada bir neçə kimyaterapiya kursu keçib.
Şiş ocaqlarının böyüməsi əməliyyatla dayandırılıb, lakin Almaniyadakı həkimlər metastazları çıxarmağa cəsarət etməyiblər.
Hazırda xəstə üçün proqnoz əlverişlidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun