Rusiya

Rusiyada müflislərin sayı kəskin artdı

7 Mart 2024 09:36
Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2024-cü ilin ilk iki ayında Rusiyada müflis elan edilmiş hüquqi şəxslərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə, demək olar, 60 % artıb.

"Report" xəbər verir ki, bu barədə "Kommersant" yazıb.

Yanvarda Rusiyada 571 şirkət, fevralda 771 şirkət müflis elan edilib. 2023-cü ildə onların sayı müvafiq olaraq 364 və 478 olub. Beləliklə, 2024-cü ilin yanvar ayı üçün artım təxminən 57 %, fevral üçün isə 61 % təşkil edib.

Qeyd olunur ki, ölkədə korporativ müflislərin sayı 2021-ci ildən bəri ilk dəfə artmağa başlayıb. Hüquqşünasların fikrincə, ötənilki moratoriumun müflisləşmələrə təsiri tükənib və indi müflis şirkətlərin sayının artacağını gözləmək lazımdır. Onun qarşısını Ali Məhkəmənin təklif etdiyi borc limitinin 300 min rubldan 2 milyon rubladək artırılması ala bilərdi. Ancaq bu ideya da mübahisəli hesab edilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.