Rusiya

Separatçı ermənilərin fəaliyyətini işıqlandıran müxbir Moskvada tutuldu

19 Fevral 2024 13:26
Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci Qarabağ müharibəsi zamanı separatçı ermənilərin fəaliyyətini işıqlandıran rusiyalı hərbi müxbir Andrey Kots Moskvada narkotik vasitə olan marixuana ilə saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, "RİA Novosti"nin jurnalisti Andrey Kots fevralın 10-na keçən gecə saxlanılıb. Polis əməkdaşları Kotsu Dekabristov küçəsində saxlayıb. Jurnalist nəzərəçarpacaq dərəcədə özünü əsəbi aparıb. Polis onun üzərində axtarış aparmağa qərar verib.

"RİA Novosti" əməkdaşının üzərində naməlum maddə olan bağlama aşkar edilib

Daha sonra müayinə zamanı onun 2 qram ağırlığında marixuana olduğunu məlum olub.

Rusiya mətbuatı hərbi müxbirin özünün cinayət işi ilə üzləşməsi ehtimalının az olduğunu yazıb. Belə ki, onun üzərindən aşkar olunan narkotik vasitəsinin çəkisi çox az olub. Lakin müstəntiqlər Andrey Kotsa marixuana satan naməlum şəxsə qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi maddəsi ilə cinayət işi açmağa hazırlaşırlar.

Qeyd edək ki, Kots qardaşları Andrey Kots "RİA Novosti" agentliyini, qardaşı Aleksandr Kots isə "Komsomolskaya Pravda" qəzetinin hərbi müxbiri kimi) İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən hərbi əməliyyatlar zonasında hərbi jurnalist kimi fəaliyyət göstəriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.