Rusiya

Putin yumurtanın bahalaşmasının səbəbini açıqladı

11 Yanvar 2024 12:57
Baxış: 1 007
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin ölkədə yumurtanın qiymətinin bahalaşmasının səbəbini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o bu barədə Uzaq Şərq Federal Dairəsinin sahibkarları ilə görüşündə danışıb.

Onun sözlərinə görə, hökumət yumurtanın qiymətinin artmasını dayandırmaq üçün vaxtında idxala başlamayıb. Putin qeyd edib ki, əhalinin gəlirləri az da olsa artıb və nəticədə istehlak da artıb: "Bizdə istehsal həcmi azalmayıb. İnsanlar daha çox yumurta, toyuq əti almağa başlayıb. Hökumət isə idxala vaxtında başlamaq barədə düşünməyib və nəticədə qiymətlər artıb. Buna görə də, çox diqqətli olmaq lazımdır". 

Xatırladaq ki, "Rosstat"ın məlumatına görə, ötən ilin əvvəlindən Rusiyada yumurtanın qiyməti 52,94 % artıb. 2023-cü il dekabrın 12-dən 18-nə qədər isə yumurtanın qiyməti 4,62 faiz bahalaşıb. Bu dövr ərzində ölkədə 10 yumurtanın pərakəndə satış qiyməti 121,8 rubl (təqribən 2,30 AZN) təşkil edib. Bu qiymət səviyyəsi Rusiyada son 10 ildə qeydə alınan rekord göstərici hesab olunur. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.