Rusiya

Putin prezidentliyə namizədlik üçün sənədlərini MSK-ya təqdim etdi

18 Dekabr 2023 19:12
Baxış: 1 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri Rusiya Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov açıqlayıb.

Qeyd edək ki, Putin seçkilərdə özünün namizədi kimi iştirak edir. Rusiya Federasiyası Prezidentinin seçkiləri haqqında qanuna görə, bunun üçün o, azı 500 nəfərdən ibarət seçici qrupu yaratmalı idi ki, bu da həyata keçirilib. Bu qrupun iclası dekabrın 16-da keçirilib, iştirakçılar yekdilliklə Putini dəstəkləyiblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.