Rusiya

Rusiyanın müharibə dövründə qazancı - Fantastik rəqəm

16 Noyabr 2023 09:40
Baxış: 1 501
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri (2022-ci il, 24 fevral) Rusiya neft, təbii qaz və kömür satışından təxminən 550 milyard dollar gəlir əldə edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Center for Research on Energy and Clean Air" (CREA) Mərkəzinin araşdırmasında deyilir.

24 fevral 2022-ci il tarixindən 13 noyabr 2023-cü il tarixinədək ən böyük alıcı Avropa Birliyi olub. AB ölkələri bu müddət ərzində aldıqları yeraltı sərvətlərə görə Rusiyaya 180 milyard avro ödəyiblər. Bunun 102 milyard avrodan çoxu xam neft, 74 milyardı təbii qaz, qalanı isə kömürdür.

Birlik daxilində Rusiya enerji resurslarının ən böyük alıcısı Almaniya, Niderland və İtaliya olub.

AB-dən sonra ikinci ən böyük alıcı isə Çindir. Çin Rusiyadan 143 milyard dollar dəyərində məhsul alıb. Sonrakı yerləri müvafiq olaraq Hindistan, Türkiyə və Cənubi Koreya bölüşür.

Qeyd edilir ki, son il yarım ərzində alış dinamikası nəzərəçarpacaq dərəcədə dəyişib. Belə ki, əgər Avropa Rusiyadan alışı əhəmiyyətli dərəcədə azaldıbsa, Asiya tam əksinə, radikal şəkildə olmasa da, artırıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.