Rusiya

“Onları alnından vurun...” – Kadırovdan şok qərar

31 Oktyabr 2023 16:04
Baxış: 1 612
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistanın rəhbəri Ramzan Kadırov etirazçıların saxlanması barədə göstəriş verib.

Milli.Az Sfera.az-a istinadən xəbər verir ki, o, bu barədə Rusiya Qvardiyasının nümayəndələrinin iştirakı ilə hökumətin iclasında deyib. Kadırov fikirlərini bu cür ifadə edib:

"İcazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin. Yaxud, havaya üç xəbərdarlıq atəşi açın və bundan sonra şəxs qanuna əməl etmirsə, alnından dördüncü atəşı açın", - o bildirib.

Müvafiq video Çeçenistan rəhbərinin teleqram kanalında yayımlanıb. Kadırov qeyd edib ki, qanuna tabe olmayan şəxslərin alnına güllənin vurulması onun sifarişidir.

Qeyd edək ki, oktyabrın 29-na keçən gecə Mahaçqalada yəhudi qaçqınların gəlişi ilə bağlı etiraz aksiyaları keçirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.