Rusiya

Putindən şok etiraf: İki rayonu Ermənistana təklif etdik - VİDEO

12 Sentyabr 2023 19:21
Baxış: 2 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Burda gizlətməli heç nə yoxdur, yaxşı məlumdur ki, biz nizamlanma ilə bağlı öz variantımızı təklif etdik: O vaxt Ermənistan 7 rayona (keçmiş Dağlıq Qarabağ ətrafındakı rayonlar nəzərdə tutulur - red.) nəzarət edirdi. Biz Ermənistana təklif etdik ki, Bakı ilə razılığa gəlsin, Azərbaycanın iki rayonu - Kəlbəcər və Laçın, bütün Qarabağ faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalsın. Amma Ermənistan rəhbərliyi bununla razılaşmadı.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında deyib.

"Biz 10-15 il ərzində Ermənistan rəhbərliyini inandırmağa çalışdıq. Müxtəlif variantlar təklif etdik. Amma sonda hamısı puç oldu. Onlara dedik ki, bəs, nə edəcəksiniz. Cavab verdilər ki, savaşacağıq. Sonda hər şey bügünkü vəziyyətlə nəticələndi", - o bildirib.

O qeyd edib ki, məsələ heç də konfliktin hazırkı nəticələri ilə bağlı deyil:

"Məsələ ondadır ki, Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.