Rusiyanın Kuril adaları sahillərində səhər saatlarında 5,8 bal gücündə zəlzələ olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin ada bölməsi xəbər verib.
Bildirilir ki, yeraltı təkanların episentri Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 15 kilometr şərqdə, ocağı isə 140 kilometr dərinlikdə yerləşib.
Milli.Az