Rusiya

Priqojinin təyyarəsi belə partladılıb - ŞOK

24 Avqust 2023 23:36
Baxış: 2 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Partlayıcı qurğu Priqojinin təyyarəsinin şassisinə yerləşdirilib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Shot" Teleqram kanalı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, partlayış məhz şassi bölməsində təyyarə havada olarkən baş verib. Nəticədə qanad qoparaq stablizatora dəyib və təyyarə hündürlüyə qalxaraq yenidən aşağı düşməyə başlayıb.

"Partlayışın təsirindən təyyarənin içində olanlar huşlarını itiriblər, buna görə də pilotlar baş verənlər barədə aşağıya məlumat ötürə bilməyib. Amma bütün hallarda qanadsız və stablizatorsuz təyyarəni xilas etmək mümkün olmayacaqdı. Məhz havadakı partlayışdan sonra təyyarənin quyruq hissəsi füzelyajdan 5 kilometr aralıya düşüb", - mənbə bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.