Rusiya

"Ermənistan KTMT missiyasını ərazisində yerləşdirsəydi, udardı"

17 May 2023 12:02
Baxış: 1 314
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan öz ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyasını yerləşdirsəydi, bundan udardı.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Tsarqrad" kanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, KTMT missiyasının Ermənistanda yerləşdirilməsi ilə İrəvan daha sabit vəziyyət əldə edərdi.

Qərb metodik olaraq Rusiya Federasiyasının postsovet məkanında ən yaxın müttəfiqlərini Moskva ilə əlaqələrinə görə çox narahat vəziyyətə salmağa çalışır.

Lavrov ölkəsinin ABŞ-ın Ermənistana "rusları öz ərazisindən qovmaq" və təhlükəsizliyə kömək etmək təklifini açıq təxribat kimi qiymətləndirdiyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.