Finlandiyanın coğrafi mövqeyi NATO-nun Arktikada ambisiyalarına təkan verəcək.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
"Finlandiya Avropanın şimalında yerləşdiyi üçün bu, NATO-nun Arktikanı hərbiləşdirmək ambisiyalarına təkan verəcək", - nazir müavini bildirib.
Qeyd edək ki, Finlandiya 4 aprel 2023-cü ildə NATO-ya tamhüquqlu üzv seçilib.
Milli.Az