Rusiya

Rusiyalı bloqer Ədliyyə Nazirliyini məhkəməyə verdi

16 May 2023 20:08
Baxış: 1 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynada müharibə başlayandan sonra Rusiyanı tərk edən bloqer İlya Varlamov ölkənin Ədliyyə Nazirliyini məhkəməyə verib.

O, üzərindən xarici agent statusunun götürülməsini tələb edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi ərizənin qəbul olunduğu Moskvanın Zamoskvoretski Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, məhkəmənin vaxtı hələ təyin edilməyib.

Xatırladaq ki, bu ilin mart ayının sonunda Ədliyyə Nazirliyi Varlamovu xarici agentlərin reyestrinə daxil edib. İdarədən bildirilib ki, Varlamov dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların apardığı siyasətlə bağlı yalan məlumatlar yayıb, xarici mənbələrdən dəstək alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.