Rusiya

Rusların ağır itkiləri var, amma... - NATO generalı

15 May 2023 10:52
Baxış: 1 967
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ordusu Ukraynaya qarşı genişmiqyaslı müharibədə ağır itkilərinə baxmayaraq ciddi hərbi qüvvə olaraq qalır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, general Kristofer Kavoli deyib.

"Quru Qoşunlarının həqiqətən böyük problemləri var: çoxluq əsgər, silah və texnika itirdilər. Ancaq bunun müqabilində onların yeri dolduruldu və indi Rusiyanın quru qüvvələri əvvəlkindən daha böyükdür", - Kavoli bildirib.

Generalın sözlərinə görə, Rusiya Hava Qüvvələri yüzdən az qırıcı və bombardmançı təyyarəsini itirib, lakin onların minə yaxın təyyarəsi hələ də var:

"Donanma, kibernetik qoşunlar, kosmik qüvvələr demək olar ki, zərər görməyib".

Kavolinin fikrincə, Rusiya ordusunun döyüş qabiliyyətinin qiymətləndirilməsi zamanı bütün qoşun növlərində imkanları nəzərə alınmalıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.