Rusiya

Qadın sürücü pedalları səhv salaraq ticarət mərkəzinin divarını uçurdu - VİDEO

9 May 2023 05:05
Baxış: 2 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sankt-Peterburqda avtomobil idarə edən qadın pedalları qarışdıraraq ticarət mərkəzinin divarına çırpılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qadın maşını "Zanevski kaskad" ticarət mərkəzinin qapalı dayanacağına daxil edib, lakin o, maşını saxlaya bilməyib.

Bir anda onun avtomobili kəskin şəkildə sürətlənib və dayanacaqla geyim mağazası olan alış-veriş sahəsi arasındakı divarı uçurub.

Qəzanın günahkarı xəsarət almayıb. Obyektin divarı və asma tavanı zədələnib, kondisioner sınıb.

Ticarət mərkəzinin rəhbərliyi qadından təzminat tələb etməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.