Rusiya

Daha bir iddia: 9 mayda Putin elan edəcək!

3 May 2023 11:08
Baxış: 1 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mayın 9-da Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı genişmiqyaslı müharibənin başa çatdığını elan edə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, ukraynalı hərbi ekspert Roman Svitan bildirib.

"Putin mayın 9-da qələbəsini elan etməyə çalışacaq. O, Ukrayna ərazilərinin ələ keçirilməsi və quru dəhlizindən danışacaq. Putin qondarma "xüsusi hərbi əməliyyat"ın tapşırıqlarını yerinə yetirdiyini bildirəcək", - Svitan deyib.

Qeyd edək ki, mayın 1-də RBK eyni iddia ilə çıxış edərək, Rusiyanın 9 maya qədər Baxmutu alacağı və Putinin Qələbə paradında çıxışı zamanı müharibənin bitdiyini elan edə biləcəyini yazmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.