Rusiya

“NewsWeek”: “Rusiya yeni “Şturm Z” hərbi bölməsini formalaşdırır”

8 Aprel 2023 15:51
Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya Silahlı Qüvvələri Donetsk istiqamətində yeni "Şturm Z" hərbi bölməsini formalaşdırır".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Amerikanın Müharibənin Tədqiqi İnstitutu (ISW) etibarlı mənbələrə istinadən məlumat verib.

Bildirilib ki, Rusiya müharibə zonasının əsas istiqamətləri üzrə iştirak üçün yeni "Şturm Z" bölməsinin formalaşdırılmasına başlayıb.

Bunlar müstəqil, birləşmiş, taktiki və ümumi silahlı birləşmələr olacaq.

Məlumata görə, bu bölmələr xüsusilə mürəkkəb döyüş tapşırıqlarının dərhal operativ şəkildə yerinə yetirilməsi üçün yaradılıb.

İxtisaslaşdırılmış bölmə çevik struktura malik olacaq. Həmçinin döyüş məqsədləri və ətraf ərazilərdən asılı olaraq fərqli tərkibdə hərəkət edəcək.

Bildirilir ki, "Şturm Z" rotaları çətin coğrafi şəraitə malik şəhərlərdə və ya ərazilərdə döyüşəcəklər. Yeni xüsusi təyinatlılar istehkam və komanda məntəqələrini, rabitə mərkəzlərini və mühüm strukturları ələ keçirəcəklər.

"Şturm Z"nin tərkibinə daxil olan hərbçilər müqavilə əsasında işləyəcək və ayda 2,5 min dollardan çox maaş alacaqlar.

Yeni bölmələrin əsasən Donetsk rayonunda yerləşdiriləcəyi və mövcud hərbi hissələrə  birləşdiriləcəyi güman edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.