Rusiya

Bura Ukraynanın qalasıdır, ruslar 9 ildir ala bilmir

28 Mart 2023 10:45
Baxış: 1 271
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiya qoşunları Donetsk vilayətinin Avdeyevka yaxınlığında hücumlarını artırıb.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko bildirib.

Hərbi ekspert hesab edir ki, ruslar Baxmutda uğur əldə olunmaması fonunda Avdeyevka istiqamətində müəyyən perspektiv görüblər.

Ekspertin fikrincə, Avdeyevka şəhəri rus qoşunları üçün böyük problemdir.

"Ruslar orada növbəti qələbəni nümayiş etdirməyə çalışacaqlar, lakin belə hərəkətlər məntiqli deyil, çünki Avdeyevka 2014-cü ildən Ukrayna Silahlı Qüvvələrinin qalasıdır. Orada müxtəlif intensivliklə də olsa, döyüşlər 9 il davam edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.