Ölkə

Xəzər TV-dəki işindən ayrıldı

2 Sentyabr 2025 09:37
Baxış: 1 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzər TV-nin baş redaktoru Nəcəf Həsənov uzun illər çalışdığı kanaldan ayrılıb.

Milli.Az xəbər verir ki, bu barədə o, "Facebook" hesabında məlumat verib.

"Bu gündən etibarən Xəzər TV ilə yollarımı öz istəyimlə ayırdım. Xəzər Media Mərkəzinin baş direktoru Murad Dadaşov və kollektivlə görüşüb, sağollaşdım. Təbii ki, çətin bir qərardır. Çünki bu doğma kanalda uzun illər fəaliyyət göstərərək, çoxsaylı çəkilişlərdə olmuşam. Lakin bir gün yeni qərarlar qəbul etməlisiniz. Və o gün bu gündür", - deyə Nəcəf Həsənov yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.