Təhsil

Bu şəxslər üçün əlavə imtahan keçiriləcək - RƏSMİ

2 Sentyabr 2025 11:18
Baxış: 764
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dövlət İmtahan Mərkəzi 2025-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 7-də əlavə imtahan keçirəcək.

Milli.Az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunacaq.

İmtahanda iştirak edəcək şagirdlər Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürə bilərlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.