Rusiya

Əhmədovla Priqojinin gizli səs yazısı... - Markov

27 Mart 2023 13:36
Baxış: 1 715
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Priqojinin söhbəti, çox güman ki, saxtadır. Ancaq belə bir söhbət mümkündür, çünki Rusiya elitasında çoxları belə düşünə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı tanınmış politoloq Sergey Markov İosif Priqojinin azərbaycanlı milyarder Fərhad Əhmədovla danışığının səs yazısını şərh edərkən deyib.

"1. Onlar şoka düşürlər ki, birdən-birə həyatları kəskin şəkildə və çox pisə doğru dəyişib;

2. Onlar hər şeyin daha da pisləşə biləcəyindən şok yaşayırlar;

3. Onlar ümumiyyətlə nüvə müharibəsinin ola biləcəyindən şoka düşürlər;

4. Gözləmədikləri halda Rusiyanın böyük bir zəiflik nümayiş etdirməsindən təəccüblənirlər. Ölkə güclənmir. Hökumət nəyisə yaxşılığa doğru dəyişmir;

5. Onlar hökumət qərarlarının məntiqini başa düşmədiklərindən şoka düşürlər;

6. Bütün bu dəhşətin nə vaxt və necə bitəcəyini görmədikləri üçün şoka düşürlər;

7. Və heç kim onlara heç nə izah etmir. Onlara elə gəlir ki, Rusiyada hakimiyyət özünü gizlədib;

8. Onlar hər zaman şokda olurlar;

9. Belə söhbətlərə gəlincə, bəziləri həqiqətən də bu cür düşünür. Bir qisim isə hər şeyin yaxşı olacağına ümid edir, amma bu cür söhbətlər bütün qorxuları ifadə edir", - o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.