Rusiya

Ruslar bu imkanı həmişəlik itirdi - Ekspert

9 Fevral 2023 11:17
Baxış: 1 661
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya qüvvələri Donetskin administrativ sərhədlərinə çıxa bilməyəcək.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ukraynalı ekspert Roman Svitan deyib.

"Rusların Donetsktin administrativ sərhədlərinə çıxması bu minillikdə dəqiq mümkün olmayacaq. Onlar bu imkanı keçən il qaçırdılar. Hərçənd ötən il onlar 2 min km cəbhə boyunca genişmiqyaslı hücuma başlamasaydılar, o zaman mövcud qüvvələrlə Donetskin sərhədlərinə çata bilərdilər. Bu imkan onlar üçün həmişəlik itirildi", - deyə ekspert bildirib.

Qeyd edək ki, Donetskin Baxmut şəhərində hazırda şiddətli döyüşlər davam etməkdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.