Rusiya muzdlularının Bakıdakı məzarlığı 2 dəfə böyüdü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukrayna ilə müharibənun uzanması Rusiyaya canlı qüvvə sarıdan ciddi problemlər yaratmaqda davam edir. Məsələn, Krasnodar diyarının Bakı kəndi yaxınlığındakı qəbirstanlıqlardan birində son iki ay ərzində təzə məzarların sayı 7 dəfə artaraq 170-ə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazır ki, bu qəbirstanlıqda Rusiyadakı Wagner özəl hərbi şirkətinin muzdlu əsgərlərini dəfn edirlər. Qəzet qeyd edir ki, bu faktın dəqiqləşdirilməsi üçün 24 noyabr 2022-ci il tarixindən 24 yanvar 2023-cü ilədək dövrü əhatə edən peyk görüntüləri təhlil edilib. Otən il dekabrın sonlarında Molkino qəsəbəsi yaxınlığında Wagner şirkəti muzdlularının məzarlığının olması barədə məlumatı yerli fəal və keçmiş hərbçi Vitali Votanovski verib. Onun sözlərinə görə həmin qəbirstanlıqda sahibi çıxmayan vaqnerçilərin meyitlərini basdırırlar. Votanovskinin Telegramda dərc etdiyi fotolardan ehtimal etmək olar ki, burda dəfn edilənlərin bir çoxu Donbas vilayətindəki Soledar və Baxmut şəhərləri uğrunda döyüşlərdə həlak olub. Məzar xaçlarındakı yazılarda əks etdirilən 16 ad və doğum tarixləri Rusiyada məhkun edilmiş şəxslərin məlumat bazasındakı ad və tarixlərə uyğun gəlir.
Yanvarın əvvəllərində belə bir məzarlığın mövcudluğunu Wagner özəl hərbi şirkətinin təsisçisi və sponsoru Yevgeni Priqojin də təsdiq etmişdi. Priqojinin bu məzarlıq haqqında danışdığı videoklip RIA Novosti xəbər agentliyinin saytında yerləşdirilib. Priqojinin mətbuat xidməti xəbər verir ki, həmin qəbirstanlıqda, orda dəfn olunmalarını vəsiyyət edənləri basdırırlar. Bundan başqa qəbirstanlığın yaxınlığında kiçik bir məbəd və 2010-cu illərdən bəri müxtəlif münaqişələrdə həlak olanların xatirə abidəsi var. Priqojinin sözlərinə görə həmin xatirə abidəsinin altında heç kim dəfn olunmayıb və oradakı lövhədə muzdlu əsgərlərin şəxsi nömrələri və aldıqları orden və medalların surətləri göstərilib.
Amma The New York Times yazır ki, yerli sakinlər bəzi həlak olanların kremasiya edildiyini və küllərinin xatırə divarına yerləşdirildiyini deyirlər. RIA Novostinin ötən ilin dekabr ayına olan məlumatına görə qəbirstanlıqda 90 məzar olub. Votanovski və yerli medialar daha əvvəl bildirirdilər ki, xatirə abidəsi və qəbirstanlıq Molkino kəndinin 10 kilometrliyində yerləşən Bakinskaya adlı stanitsadadır. Wagner özəl hərbi şirkəti - qeyri-rəsmi hərbiləşdirilmiş təşkilat olaraq Rusiyanın Müdafiə Nazirliyinin və ya hər hansı rəsmi qurumunun balansında deyil.
Bu şirkətin muzdlu əsgərləri Suriya, Afrika və Ukraynadakı münaqişələrdə iştirak edirlər. Onlardan bir çoxlarının çoxsaylı hərbi cinayətlər törətdiyi bildirilir. 2022-ci ilin yazında media xəbərlərindən məlum olmuşdu ki, özəl hərbi şirkət Ukrayna müharibəsində iştirak etmək üçün Rusiyanın islah-əmək koloniyalarından məhkumları toplayır. Bu məhkumlara sağ qalacaqları təqdirdə məhkumluqlarının ləğv ediləcəyi vəd olunub. Bu prosesin hüquqi baxımdan necə həyata keçirildiyi məlum deyil.
Azər Nuriyev
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Paşinyan lənətlənəcək - Zaxarova
-
“Azərbaycanda atasını öldürüb, Rusiyaya qaçıb oğlumu qətlə yetirdi” - Mariya Useltseva - (Foto/Video)
-
Putini çəkib qaçdılar, özləri kameraya düşdülər - (Video)
-
Putinin istirahət günü yoxdur - Peskov
-
Putin "sürpriz" hazırlayır - ABŞ ordusunun generalı
XƏBƏR LENTİ
-
Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib





